Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alban quldurlar həbsxanadan foto yayıb Britaniya ədliyyəsini ələ saldılar - Foto

Alban banditlər sosial şəbəkələrdə Böyük Britaniya hüquq-mühafizə sistemini ələ salır. Onlar həbsxanalardakı lüks həyatlarını əks etdirən foto paylaşıblar.

Bizimyol.info xəbər verir ki, “The Telegraph” qəzeti alban soyğunçuların xeyli belə şəkillərini yayıb. Həmin fotolar daha çox “Instagram” profillərində yerləşdirilib.

Şəkillərdə həmin adamların həbsxanada olduğu aşkar bilinir. Amma lüks həyatın elementləri də görünür. Hiss olunur ki, içəridə yaxşı yaşayırlar, ora telefon keçirməkdə də problemlə üzləşmirlər.

Böyük Britaniya Ədliyyə Nazirliyi açıqlama verərək bildirib ki, bütün mobil cihazlar müsadirə olunub, profillər də bağlanıb.

Albanların Britaniya cinayət aləmində xüsusi çəkisi var. Onlar daha çox ölkənin cənub-şərqində evlərə girir, pul, zinət əşyaları aparırlar. Sonra isə qızıl-brilyantı Albaniyaya yollayırlar ki, qara bazarda satsınlar.

Britaniya polisi indi İngiltərədə soyğunçuluq etmiş beş albanı axtarır.

Bir müddət əvvəl “Daily Mail” qəzeti bir məhbusun həbsxanadan şəxsi sürücü ilə “Rolls-Royce Phantom” avtomobilində çıxdığını yazmışdı.

Son xəbərlər
Bütün xəbərlər »