Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
17 yaşlı gənc 50 "lira"ya görə öldürüldü - Foto

Ötən gün 22.00 radələrində Türkiyənin Denizli şəhərində 50 "lira" borca görə 17 yaşlı gənc öldürülüb.

"Bizimyol.info"nun məlumatına görə, Emirhan Acarlı və dostu Samet Türkkanla H.D arasında mübahisə yaranıb. H.D gənclərə borca verdiyi pulu geri istəyib. Daha sonra istəyinin yerinə yetirilmədiyini görən H.D yanında gəzdirdiyi bıçağı çıxararaq Acarlını qarın nahiyəsindən, onun dostu Türkkanı isə ayağından bıcaqlayaraq hadisə yerindən uzaqlaşıb.

Ətrafdakıların polisə müraciətindən sonra cinayətin törədildiyi yerə polis və təcili yardım briqadası cəlb olunub.

Yaralılar "Denizli Dövlət Xəstəxanası"na çatdırılıb.

Həkimlər qarnından bıçaqlanmış Acarlını xilas edə bilməyib. Türkkanın isə vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər
Bütün xəbərlər »