Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
12 yaşlı Rabiya 4 uşağa can oldu

Türkiyənin Mardin şəhərində oyun oynayarkən hovuza yıxılaraq aldığı xəsarətdən dünyasını dəyişən 2 yaşlı Rabiya 4 uşağa yeni ümid bəxş edib.

"Bizimyol.info"nun Türkiyə KİV-nə istinadən məlumatına görə, Abdulkadir və Nefise Kızılboğa cütlüyünün tək övladı olan Rabiya hovuz kənarında oynayarkən tarazlığını itirərək hovuza yıxılıb. Ətrafdakıların köməyi ilə oradan çıxarılan 2 yaşlı qız təcili olaraq özəl xəstəxanaya çatdırılıb.

Həkimlər Rabiyanı sağaltmaq üçün 4 gün mübarizə aparmaqlarına baxmayaraq, onu xilas edə bilməyib.

Kızılboğa cütlüyü xəstəxananın baş həkimləriylə bir qədər məsləhətləşdikdən sonra ölən övladlarının orqanlarını bağışlamaq qərarına gəlib.

Rabiyanın börəkləri və qaraciyərləri 4 uşağı xilas etmək üçün təyyarəylə İstanbul və Diyarbakıra göndərilib.

Adelya

Son xəbərlər
Bütün xəbərlər »