Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İmran Xanla Tramp arasında telefon danışığı olub

Pakistanın Baş naziri İmran Xan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Bu barədə Pakistan Baş nazirinin rəsmi “Facebook” səhifəsində məlumat verilib.

“İmran Xan Donald Trampla Kəşmirdəki vəziyyəti müzakirə edib”, – deyə məlumatda qeyd edilib.

Yeri gəlmişkən, bu gün BMT Təhlükəsizlik Şurasının Kəşmirlə bağlı qapalı iclası keçiriləcək.

Virtualaz.org xatırladır ki, avqustun 5-də Hindistan Prezidenti Ram Natx Kovind ölkə Konstitusiyasının 370-ci maddəsində təsbit olunan, Pakistanla mübahisəli ərazi olan Cammu və Kəşmirə xüsusi status verilməsi maddəsini ləğv edib. Federal hökumətin təşəbbüsü ilə Cammu və Kəşmirin yerinə ştatdan az səlahiyyətləri olan iki ittifaq ərazisinin yaradılması nəzərdə tutulur. Bu təşəbbüs Hindistan parlamenti tərəfindən də dəstəklənib. Bundan sonra Pakistan ilə münasibətlər daha da gərginləşib.

Bir neçə gün əvvəl isə Pakistan Hindistan ilə diplomatik münasibətlərin gərginləşməsi fonunda ölkələr arasında ikitərəfli ticarət əlaqələrini dayandırıb. Tərəflər əvvəllər imzalan

Paylaş »
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Azərbaycanda qadın bacısını bıçaqladı
Son xəbərlər
Bütün xəbərlər »