Çərşənbə axşamı , 23 İyul, 2019
Baş səhifə / Cəmiyyət / Texniki baxışa getməyən 100 minə yaxın sürücüyə cərimə yazılıb

Texniki baxışa getməyən 100 minə yaxın sürücüyə cərimə yazılıb

59 Views

“2019-cu il yanvarın 1-dən iyunun 30-na kimi avtomobilini texniki baxışdan keçirmədiyinə görə 96666 sürücüyə elektron protokol tərtib olunub”.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik leytenantı Rüfət Quliyev məlumat verib.

Rüfət Quliyev bildirib ki, hazırda texniki baxışdan keçmək üçün dövlət rüsumu 20 manatdır.

“İnzibati Xətalar Məcəlləsinə əsasən, nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə, fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat cərimə olunur. Cərimə yazılandan sonrakı 20 gün ərzində texniki baxışdan keçmədikdə yenə də cərimə tətbiq olunur. Sürücülər avtomobillərinin texniki baxışdan keçmə vaxtını elektron kabinetdən və ya yol polisi əməkdaşlarından soruşa bilərlər”.