Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransız milyarder sərvətini 100 milyard dollara çatdırdı

Fransız milyarder Bernar Arno dayanmadan sərvətini artırır. İş adamı bu gün səhər saatlarında var-dövlətinin miqdarını 100 milyard dollara çatdırıb. O, bunu bacaran üçüncü insan olub.

Bizimyol.info xəbər verir ki, Arno son bir sutka ərzində 2 milyard 880 milyon dollar qazanıb. Son bir ildəki qazancı isə 32 milyard dollara çatır.

Arnonun 70 yaşı var. Fransanın Rube şəhərində doğulub. İki dəfə evli olub. “Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun rəhbəridir. Dünyanın üçüncü, Avropanın birinci varlı insanıdır.

Jeff Bezos Jeff Bezos / Foto: AFP 2019 / Manjunath Kiran

Planetin ən zəngin insanlarının cədvəlində Ceff Bezos ən yüksək pilləni qorumaqda israrlıdır. “Amazon”un rəhbəri yavaş-yavaş sərvətini artırır. İndi onun 119 milyard dolları var.

Bill Qeyts Bill Qeyts

İkinci yerdə 106 milyard dollarla Bill Qeytsdir.

Son xəbərlər
Bütün xəbərlər »