Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Roman Abramoviç Bakıya gəlir

İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviç UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gələcək.

“The Sun”un  verdiyi məlumata görə, viza problemi üzündən “zadəganlar”ın Londondakı son ev matçlarını tribunadan izləyə biləməyən 53 yaşlı rusiyalı milyarder İsrail vətəndaşlığı alıb və Azərbaycana səfər edəcək.

Bildirilir ki, Abramoviçin bununla həm “Çelsi”yə dəstək olmaq, həm də kluba sadiqliyini ictimaiyyətə nümayiş etdirmək istəyir.

Rusiyalı biznesmen 2003-cü ildən "Çelsi"nin sahibidir. İş adamı klubu 140 milyon dollara alıb. Onun rəhbərliyin dövründə London klubu 5 dəfə ölkə çempionu, tarixində ilk dəfə 2012-ci ildə Çempionlar Liqasının, 2013-cü ildə isə Avropa Liqasının qalibi olub.

Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının finalında Londonun digər təmsilçisi “Arsenal” ilə qarşılaşacaq. (Report)

Son xəbərlər
Bütün xəbərlər »