Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim xalatı ətrafdakılar üçün təhlükəli imiş

“Həkim xalatı sterilizə olunmuş görünə bilər. Amma bunda xeyli bakteriya yığılıb pasiyentlərə təhlükə yaratması mümkündür”. Avstriyanın “Kurier” qəzeti bu haqda məqalə dərc edib.

Bizimyol.info xəbər verir ki, 2016-cı ildə müxtəlif araşdırmaların metatəhlili zamanı tibbi paltarların tez-tez təhlükəli və hətta dəriyə qarşı davamlı bakteriya ilə yoluxduğu aşkar olunub. Ağ xalatların 16 faizində antibiotiklərə qarşı davamlı olan MRSA müəyyən edilib. Geyimlərin 42 faizində isə legionella və enterobakteriyalar üzə çıxıb.

Qəzet yazır ki, zəif immuniteti olan xəstələrin səhhəti bu bakteriyalar üzündən lap korlana bilər. Dəri və qan dövranı infeksiyalarına gətirib çıxarması ehtimalı var. Araşdırma göstərib ki, telefon və planşetlər də az bakteriya daşımır.

Ortopediya cərrahları ilə aparılan bir araşdırma göstərib ki, onların qalstuklarındakı bakteriyalar pasiyentlərin yaralarındakılarla çox oxşardır. 45 faiz halda bənzərlik aşkar olunub. Tibb bacılarının xalatlarında da xeyli bakteriya yaşayır.

Son xəbərlər
Bütün xəbərlər »