Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibsiz itlər Bakının mərkəzi küçəsini "işğal" etdi - Video

Bakının mərkəzi küçəsi itlərin "oylağ"ına çevrilib.

Bizimyol.info xəbər verir ki, Bakı Beynəlxalq əhəmiyyətli yarışa ev sahibliyi etsə də şəhərin sakinləri, eləcə də turistlər təhlükə içərisindədir. Belə ki, Bakının mərkəzi sayılan Nizami küçəsində sahibsiz itlərin sayı günü-gündən artmaqdadır. Bugünlərdə isə mərkəzi küçədə itlərin sayı həm sakinlərin, həm turistlərin, həm də əməkdaşımızın gözündən yayınmayıb.

Xatırladaq ki, bir neçə gün öncə Ağstafa şəhərində it tutması nəticəsində Həsənli Cavid Qəhrəman oğlu dünyasını dəyişib, daha bir azyaşlı isə itlərin hücumuna məruz qalıb. İtlər onun sifətini parçalayıblar.

Əməkdaşımızın qeydə aldığı görüntüləri oxucularımıza təqdim edirik:

Son xəbərlər
Bütün xəbərlər »