Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kişilərin saqqalı təhlükəli imiş

Bu araşdırma kişiləri heyrətə gətirəcək. Almaniyanın “Focus” jurnalının yazdığına görə, kişi saqqalı it tükündən daha çirklidir.

Bizimyol.info xəbər verir ki, İsveçrədəki Hirslanden klinikası araşdırmanın nəticələrini açıqlayıb. Kişilərin saqqalında itlərin tükləri arasında olandan daha çox bakteriya yığılır.

Kişilərin saqqalı təhlükəli imiş Foto: Shutterstock

Klinikanın elm adamları 18 kişidən və 30 itdən nümunə götürüblər. Kişilərin yaşı 18-dən 76-a qədər olub. Onların əksərinin saqqalında çoxlu bakteriya aşkar edilib. İtlərin isə yalnız 23-də bakteriya tapılıb.

Kişilərin saqqalında bakteriya o qədər çox yığılıb ki, hətta xəstəlik yarada bilər. Araşdırmanın müəlliflərindən olan professor Andreas Quttsayt deyir ki, itlər saqqallı kişilərdən daha təmizdir. Bu açıqlamadan sonra sosial şəbəkələrdə professorun ünvanına xeyli təhqir yazılıb.

Son xəbərlər
Bütün xəbərlər »