Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Ermənistan XİN başçılarının görüş tarixi məlum oldu
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan aprelin 15-də Moskvada görüşəcək.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə ATƏT-in Minsk qrupu həmsədr ölkəsinin XİN rəhbəri qismində Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək.

Xatırladaq ki, sonuncu dəfə Azərbaycan və Ermənistan XİN başçıları martın 29-da Vyanada görüşüblər.

Son xəbərlər
Bütün xəbərlər »