Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daxili orqanları əksinə olan qadın yüz ilə yaxın yaşadı

Amerikalı Royz Mari Bentli daxili orqanların əksinnə olmasına baxmayaraq ilə 99 il yaşadı. Bu barədə "Associated Press" məlumat yayıb.

99 yaşlı qadının ölümündən sonra meytin müayinə üçün yarıldıqda onun daxili orqanlarının patologiyası üzə çıxıb. Məlum olub ki, ürək istisna olmaqla, bütün daxili orqanları adi nisanlarada olduğu kimi deyil, əks istiqamətdə yerləşib. Bundan əlavə qan damarları da normal insanda olduğundan fərqli olub.

Bizimyol.info" xəbər verir ki, belə nadir hallar - daxili orqanların sol ürək ilə birlikdə yerləşməsi tez-tez təhlükəli ürək xəstəliklərinin, eləcə də digər xəstəliklərin yaranması ilə müşahidə olunur. Lakin, ciddi patologiyası olmasına baxmayaraq, Bentli ahıl yaşa qədər şikayət etmədən yaşayıb.

Çox güman ki, qadının özü xəbərsiz olduğu üçün ailəsi də bu vəziyyət barədə məlumatsız olub. Bentlinin qızı Luiza Alli anasını son illərdə yalnız artritdən şikayətləndiyini xatırlasa da, başqa orqanlarından şikayətçi olmadığını bildirib.

Yanvar ayında ingilis həkimlər Hamiş Robinson adlı xəstənin böyrəyinin unikal bir mutasiya səbəbi ilə budunda yerləşdiyi barədə məlumat vermişdilər. Böyük Britaniyalı uşağ bu patologiyanın yeganə daşıyıcısı olmadığı güman edilsə də, eyni diaqnozla xəstə qeyə alınmadığı da bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »