Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadınların çoxu öz zahiri görünüşündən razıdır - Sorğu

Böyük Britaniyada “Boots” ticarət markası qadınların xarici görünüşü ilə bağlı sorğu keçirib. Əməkdaşlar onların neçə faizinin görkəmindən razı qaldığını araşdırıb.

Bizimyol.info xəbər verir ki, sorğuda 39-53 yaş arası 1600 qadın iştirak edib. 960 qadın (60 faiz) xarici görünüşündən razı olduğunu söyləyib. Respondentlərin 70 faizinin fikrincə, 40-50 yaşlı qadına diqqət yetirən çox deyil.

Nostalgiua, depressiya, qadın Foto: Pixabay.com

Qadınları mənəvi məsələlər də az düşündürmür. Sorğu belə deməyə əsas verir. Hər 10 qadından 8-i təkcə xarici görünüşün yox, daxili keyfiyyətlərin də gözəlliyi haqda eşitmək istəyir. Ayrı-ayrı müsbət xüsusiyyətlərinin olduğunu bilmək onların özünə inamını artırır. Qadınların bir çoxu səhvlərini etiraf etməyi bacardığını, başqalarının haqqı barədə düşündüyünü göstərib.

Son xəbərlər
Bütün xəbərlər »