Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Xorasanlı Pələ”nın bığları 1,5 metrdən uzundur

Ərzurumun Xorasan mahalında bərbərlik edən, 50 ildir bığlarını uzadan, “Xorasanlı Pələ” ləqəbli, 75 yaşlı Hacı Məhəmməd 1,5 metrdən uzun bığlarıyla görənlərin marağına səbəb olub.

"Bizimyol.info" "aksam.com"a istinadən bildirir ki, Xorasanda, oğlu ilə birlikdə bərbərlik edən, 5 uşaq və 36 nəvə sahibi Hacı Məhəmməd Kırmanç bığları sayəsində diqqət mərkəzinə düşüb. “Xorasanlı Pələ” ləqəbli, Hacı Muhammet Kırbaç uzun illərdən bəri mütəmadi qayğı göstərərək uzatdığı bığının 1,5 metrdən uzun olduğu söyləyib. Bığ uzatmağa 25 yaşında başladığını deyən Kırmanç, “Türkiyə Bığ Çempionu” olduğu ilə fəxr etdiyini deyib. Dünyasını dəyişmiş həyat yoldaşının bığlarına olan heyranlığını bildiyi üçün onları kəsməyi düşünmədiyini dilə gətirən Kırmanç: "Müəyyən fasilələrlə bitki qarışıqları istifadə edərək tökülməməsini, canlı və parlaq olmalarını təmin edirəm”,-deyib.

“Peşəm bərbərlik olmasaydı bığlarımın baxım xərclərini ödəyə bilməzdim. Təbii bəzi xüsusi dərmanlar var ki, özüm hazırlayıram. Onun sirrini kimsəyə vermərəm; çünki rəqibləriniz var. Bığlarımı ölənə qədər kəsməyi düşünmürəm. Bu da mənim sərvətimdir. Çünki bığlarım sayəsində məşhur olmuşam. Görən hər kəs maraq göstərir və gəlib şəkil çəkdirmək istəyirlər", -deyə bildirib.

Son xəbərlər
Bütün xəbərlər »