Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sədaqətli it ölən sahibinin meyitinə keşik çəkdi - Foto

Meksikanın Montemorelos şəhərində kişi meyitinin yanında it tapılıb. Yerli sakinlərinin dediyinə görə, əyyaş kimi tanınan kişinin yenə sərxoş olduğunu düşünüblər. Heyvan saatlarla heç kimi meyitə yaxın buraxmayıb.

Bizimyol.info xəbər verir ki, 57 yaşlı Viktor Reyna Vaskes spirtli içkinin təsirindən dünyasını dəyişib. İt meyitə sığınaraq, gün ərzində oradan ayrılmayıb. Yerli sakinlər polisə xəbər vermək qərarına gəlib. İt polis əməkdaşını da sahibinə yaxın buraxmaq istəməyib, onu dişləməyə cəhd göstərib.

Vaskes uzun illərdir əyyaşlıq edir. Nə qədər sərxoş olsa da, heç vaxt itinə qayğı göstərməyi unutmayıb. Heyvan sahibinin mərhəmətini yaddan çıxarmayıb. Hadisə sosial şəbəkələrdə çox populyarlaşıb.

Son xəbərlər
Bütün xəbərlər »