Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müqavilədə xırda hərfləri oxudu, sığorta şirkətindən böyük məbləğdə pul qazandı

ABŞ-ın Corciya ştatından olan müəllimə diqqətli davranışına görə 10 min dollar qazanıb. Onu xırda hərfləri oxuya bildiyinə görə mükafatlandırıblar.

Bizimyol.info xəbər verir ki, “Squaremouth” sığorta şirkəti ilə 400 dollarlıq müqavilə bağlayan Donelan Endryus mükafatı özü də bilmədən qazanıb. Sent-Pitersberq şəhərində fəaliyyət göstərən şirkət müştərilərə xəbər vermədən gizli müsabiqə keçirib. Müqavilənin səhifələrinin birində xırda hərflərlə sözlər yazılıbmış. Sığorta şirkəti bununla həm də ən diqqətli müştərini müəyyənləşdirmək istəyib. Endryus böyük əksəriyyətdən fərqli olaraq, müqavilənin bütün səhifələrini diqqətlə oxuyub. Yeddinci səhifədə xırda hərflərlə yazılanlar onun gözündən qaçmayıb.

Endryusun dediyinə görə, oradakı xüsusi terminlər çox mürəkkəb dildə yazılıbmış. 59 yaşlı qadın müsabiqə başlayandan 23 saat sonra şirkətin ofisinə yaxınlaşıb. Beləcə, Donelan mükafata sahib çıxıb.

Endryus pulu necə xərcləyəcəyini də dəqiqləşdirib. O, evliliyinin 35 illiyi münasibətilə ailəsi ilə Şotlandiyaya getməyi düşünür.

Son xəbərlər
Bütün xəbərlər »