Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən böyük balığı ABŞ-da tapıldı - Foto

Günəş balığı Hudvinker dünyanın ən böyük balığı sayılır. Bu balıqların uzunluğu təxminən 4 metrdir, çəkisi bəzən 2,3 ton olur.

Bizimyol.info xəbər verir ki, Kaliforniya sahillərində nəhəng günəş balığı tapılıb. Bu balığın uzunluğu təxminən 2 metrdir. Onu Santa-Barbara dairəsinin Qolet şəhər universitetinin elmi işçiləri aşkar edib. Günəş balığı sahilə ölü gəlib çıxıb. Tədqiqat üçün ABŞ-dan başqa, Avstraliyadan, Yeni Zelandiyadan mütəxəssislər cəlb olunub. Hudvinkeri ilk dəfə 2017-ci ildə okeanoloq Marianna Nayqaard unikal növ kimi fərqləndirib.

Balıq əvvəlcə ekoloq Cessika Nilsenin qarşısına çıxıb. O, bir neçə şəkil çəkərək, “Facebook” hesabında yerləşdirib. Sonra hadisə yerinə gələn digər ekoloq Tomas Terner heyrətini gizlətməyib: “Əvvəllər heç vaxt belə şey görməmişdim. Onun quyruğu və dişləri yoxdur. Yalnız ağız üçün nəhəng dəlik var”.

Foto: Thomas Turner

“Daily Mail” yazır ki, günəş balığına əvvəllər daha çox planetin cənub yarımkürəsində rast gəlinirdi. Bu balığı Avstraliya, Yeni Zelandiya, CAR və Çili sahillərində görmək olardı. Nayqaard çox təəccüblənir: “Görəsən onu ekvator xəttini keçəməyə nə vadar edib?”

Ehtimal olunur ki, Hudvinker Kaliforniya sahillərinə Avstraliyadan gəlib. Nayqaard tədqiqatlardan sonra daha dəqiq söz deyə biləcəklərini söyləyir.

Son xəbərlər
Bütün xəbərlər »