Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kilsədə gizli dinləmə qurğuları: Tövbə edənlərin söhbətləri bütün şəhərə yayıldı

Bu inanılmaz hadisə İtaliyanın Leççe əyalətinin Nardo kəndində baş verib. Hər şey ondan başlayıb ki, insanların bu kənddəki kilsədə keşişə gizli şəkildə danışdıqları az sonra barlarda, bazarda, hətta mərkəzi meydanda müzakirə olunmağa başlayıb. Adamlar bir-birindən şübhələnməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, kilsə nə baş verdiyini araşdırmaq üçün kilsə xüsusi detektiv tutub. Xəbərin necə sızdığını müəyyənləşdirmək məqsədilə silsilə şəkildə yalan xəbərlər yayılıb və bunun üzərində əməliyyat hazırlanıb. Məlum olub ki, informasiya qədim binadan “sızıb”. Məsələni dərindən araşdıranda tikilinin içindən bütün danışıqları yazan xırda “böcək”lər tapıblar.

Araşdırmaların davamında üzə çıxıb ki, məsələnin kökündə iki yerli kotolik cəmiyyətlərinin baş keşişləri arasında konflikt və rəqabət dayanır. Dinləmə qurğularını yerləşdirməkdə məqsəd rəqibə münasibətdə casusluq edib, onu pis vəziyyətdə qoymaq olub.

Hazırda baş keçiçlərin hər ikisi vəzifəsindən uzaqlaşdırılıb. İşi üzrə yerli polis və prokurorluq araşdırır. Hüquq-mühafizə orqanları onların arasındakı intriqanın əsl səbəbini də üzə çıxarmağa çalışır. Araşdırmalar başa çatandan sonra iş məhkəməyə gedəcək.

İcma rəhbərliyi yerli sakinlərin itirilmiş etibarını bərpa etmək, kilsənin nüfuzuna dəyən ziyanı aradan qaldırmaq üçün əlindən gələni edir.

Son xəbərlər
Bütün xəbərlər »