Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kəpəz" fəaliyyətini dayandırdı - Komanda məşqə çıxmır
Azərbaycanın futbol üzrə I divizionunda çıxış edən "Kəpəz" klubunun futbolçuları məşqə çıxmaqdan imtina edib.

Bu barədə "qaynarinfo"ya kluba yaxın mənbə məlumat verib.

Bildirilib ki, futbolçular artıq iki gündür məşqə çıxmır. Buna səbəb isə 3 aydır maaşların verilməməsidir. AFFA tərəfindən himayə olunan klubun üzvlərinə hər həftə maaşların ödəniləcəyi ilə bağlı vəd verilsə də, buna əməl olunmur. Qeyri-müəyyənlikdən bezən futbolçular da məşqə çıxmaqdan imtina edib.

Qeyd edək ki, Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunandan sonra oğlu Elmir Vəliyev də "Kəpəz"in Müşahidə Şurasının sədrliyindən istefa verib. Bundan sonra onun adamları da klubdan kənarlaşdırılıb. Hazırda Gəncə klubu rəhbərsiz qalıb. AFFA-dan tezliklə kluba rəhbər göndəriləcəyi bildirilsə də, bu baş verməyib.

Onu da qeyd edək ki, I divizionda çıxış edən "Kəpəz" qış fasiləsinə qədər keçirdiyi 13 oyunda 11 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
››› Birinci sinif şagirdinin ölümünə səbəb kornavirusdur? – Həkimdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »