Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sumqayıtda qadını öldürməkdə təqsirləndirilənin məhkəməsi başladı
Qətlə yetirilən Minayə Həsənlinin sələmçiliklə məşğul olduğu bildirilir

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rövşən Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Bizimyol.info xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, baxış iclası yanvarın 24-nə təyin edilib.

Hadisə ötən il Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində baş verib. 66 yaşlı Minayə Həsənlinin üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə tapılıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qətli törətməkdə şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb.

Xatırladaq ki, öldürülən qadının Sumqayıtda sələmçiliklə məşğul olduğu bildirilir.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »