Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əmioğlusunun ölümünə səbəb olan sürücünün şikayəti təmin edilmədi
Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Bəxtiyar Rəsulovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilən B.Rəsulov ib. hökmdən narazı qaldığı üçün apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Kamran Əkbərovun sədrlik etdiyi kollegiyanın qərarı ilə B.Rəsulovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Hadisə bu il mayın 8-də paytaxtın Binəqədi qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini B.Rəsulov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sürücünün sərnişini, əmisi oğlu, Abşeron rayon sakini Firuddin Rəsulov ağır xəsarət alıb. Daha sonra yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »