Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qatarın avtobusla toqquşduğu yerdə şlaqbaum açıq qaldı - Qurumdan rəsmi açıqlama -Video

160 nömrəli avtobusun qəzaya düşdüyü yol keçidi yenidən gündəmə gəlib.

Bizimyol.info xəbər verir ki, bu dəfə avtomobil yolunun dəmir yolu ilə kəsişməsində şlaqbaumun işləməməsi kameralara yansıyıb və bu ciddi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən "Azərbaycan Dəmir Yolları" QSC -nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova bildirib ki, sözügedən video xeyli müddət əvvəl çəkilib sadəcə məqsədyönlü şəkildə yenidən yayımlanıb:

"Bu video xeyli müddət əvvəl yayımlanmışdı. Yenidən bunu gündəmə gətirirlər. Videodan da açıq aydın görünür ki, nəzarətçi əlində bayraqla hərəkəti tənzimləyir, işıqforlar işlək vəziyyətdədir, xəbərdarlıq zəngi də işləyir. Ona görə də nizamnaməyə nəzər salsaq görərik ki, bu şərtlər əsasında şlaqnaum işləməyə bilər. Yəni burda qanun pozuntusu yoxdur. Ola bilər ki, texniki problemlər yaranıb şlaqbaum işləməyib, bu səbəbdən də nəzarətçi hərəkəti özü şəxsən tənzimləyir"

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »