Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncədə piyadanı avtomobil vurub

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən restoranlardan birinin qarşısında yolu qarşı tərəfə keçmək istəyən Oruc Tağıyevi avtomobil vurub.

Yaralı qəzanı törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »