Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Hikmət Hacıyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bizimyol.info sərəncamın mətnini təqdim edir:

1. Hikmət Fərhad oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Prezident İlham Əliyev Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 90 illik yubileyi münasibətilə və Azərbaycanda musiqi təhsilinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar müəllim” fəxri adı verilsin:

Kraynova Valentina Serqeyevna

Manafova Ülviyyə Azər qızı

Səttarova Səadət Qüdrət qızı.

Son xəbərlər
Bütün xəbərlər »