Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"MuğanBank"ın departament müdirinə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən "MuğanBank" ASC-nin Əhmədli filialının departament müdiri Azər Mahmudovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bizimyol.info xəbər verir ki, hakim Faiq Qəniyevin sədrlik etdiyi kollegiyaın hökmü ilə A.Mahmudov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında onun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, A.Əhmədov "MuğanBank" ASC-nin Əhmədli filialının departament müdiri vəzifəsində çalışarkən başqalarının etbarından sui-istifadə edərək onlara qarşı, ümumilikdə, 312 851 manat məbləğində ziyan vurub. Həmin ziyandan 23 784 manat pul ödənilib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »