Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski hər bir halda İspaniyaya gedəcək, media səfərin tarixini açıqlayıb
Zelenski hər bir halda İspaniyaya gedəcək, media səfərin tarixini açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski Ukraynadakı ağır hərbi vəziyyətə görə əvvəllər planlaşdırılan səfərini ləğv etmək məcburiyyətində qalsa da, sonradan İspaniyaya səfər edəcəyi bəlli olub.

Bizimyol.info xəbər verir ki, "Cadena SER"in görüşü planlaşdıran komandanın mənbələrinə istinadən verdiyi məlumata görə, Zelenski mayın 26-da bazar günü günortadan sonra Madridə gedəcək və mayın 27-də İspaniya kralı ilə görüşəcək. Nəşrin qeyd etdiyi kimi, görüş hələlik rəsmi gündəliyə daxil olmasa da, mənbələrin məlumatına görə, artıq razılaşdırılıb.

Ukrayna prezidenti həmçinin İspaniya və Ukrayna arasında ikitərəfli təhlükəsizlik sazişi imzalamalı olduğu baş nazir Pedro Sançeslə də görüşəcək.

Qeyd olunur ki, bu, Zelenskinin İspaniyaya ilk ikitərəfli səfəridir, baxmayaraq ki, o, ötən ilin oktyabrında İspaniyanın Aİ-yə sədrliyi çərçivəsində Qranadada Avropa Siyasi Birliyinin sammitində iştirak edib.

Daha əvvəl “Reuters” Kral Sarayının bəyanatına istinadən yazıb ki, Zelenski İspaniya kralı ilə Ukrayna haqda danışacaq. İspaniya hökuməti təhlükəsizlik səbəbi ilə səfərlə bağlı hər hansı təfərrüat açıqlamayıb. Eyni zamanda, İspaniyada Zelenskinin İspaniya hökumətinin baş naziri Pedro Sançes ilə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş imzalayacağı gözlənilirdi.

Lakin tezliklə məlum oldu ki, Ukraynada hərbi vəziyyətin pisləşməsi, xüsusən də Rusiyanın Xarkov vilayətinə hücumu səbəbindən Zelenskinin Portuqaliya və İspaniyaya planlaşdırılan səfərlərini ləğv edib.

Mayın 24-də Baş Qərargah məlumat yayıb ki, ukraynalı müdafiəçilər Xarkov vilayətində hücum əməliyyatları ilə düşməni müdafiənin ön xəttindən uzaqlaşdırır və bəzi ərazilərdə uğur qazanırlar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »