Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dəhşət: "WhatsApp"dakı mesaja görə iki nəfəri yandırdılar

Meksikada "WhatsApp" sosial şəbəkəsində uşaq oğurluğu ilə bağlı yayılan dedi-qodu iki nəfərin ölümünə səbəb olub.

Puebla əyalətinin Acatlan qəsəbəsində polis adi qanun pozuntusuna görə iki nəfəri saxlayıb. Amma qəsəbə sakinləri həmin şəxslərin uşaq oğruları olduğuna dair WhatsApp-da məlumatlar paylaşıblar. Kütlə meydana axışaraq saxlanılan şəxsləri polisin əlindən alaraq əvvəlcə döyüb, sonra yandırıblar.

Kütlə polisin "onlar uşaq oğruları deyil" xəbərdarlığına əhəmiyyət verməyiblər. Baş verənlərdən sonra WhatsApp qeyd olunan məlumatların paylaşılmasını yasaqlayıb. (Publika.az)

Son xəbərlər
Bütün xəbərlər »