Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ebru Gündeş konsertində Elnurdan danışdı
Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin Heydər Əliyev Sarayında baş tutan konserti ötən həftənin əsas tədbirlərdən biri oldu.

Baku.ws xəbər verir ki, gecədə daha bir yadda qalan məqam Ebru Gündeşin müğənni Elnur Hüseynov haqda söz açması olub.

Belə ki, konsertində müğənni Aygün Şükürovanın ifasına yer ayıran türkiyəli müğənni "O ses Türkiye" yarışmasından tanıdığı Elnur Hüseynovdan da söz açıb:

"Əyri oturub, düz danışmaq lazımdır. O, gəlmiş-keçmiş ən yaxşı səslərdəndir. İndi də çox yaxşı işlər gördüyünü eşidirəm. Gözəl işlərini görəcək, biz də hər zaman onun yanında olacağıq, bunu bilirsiniz".

Qeyd edək ki, hazırda Türkiyədə yaşayan azərbaycanlı müğənni Elnur Hüseynov "O ses Türkiye" layihəsində müğənni Ebru Gündeşin komandasında yarışırdı.

Son xəbərlər
Bütün xəbərlər »