Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanımadığı qadına günəbaxan verdi,qadının həyatını dəyişdirdi
Vaşrinqtonda yaşayan Deni Veykfild bir səhər tanımadığı qadına jest edərkən onun həyatını dəyişdirəcəyindən xəbərsiz idi.

Bir gecə əvvəl Deni sevdiyi qızla yemək yemişdi və ertəsi gün işinə gedərkən sevdiyi qızın maşınının üstünə çiçək taxacaqdı.Amma bu davranışının onların münasibətinə zərər verəcəyini düşünən Deni bu qərarını dəyişib.Aldığı çiçək də boşa getməsin deyə tanımadığı birinə verməyi düşündü.

O gün Deni bir kafedə olanda yan masada kitab oxuyan və ağlayan səssizcə ağlayan qadın olduğunu gördü.Çiçəyi o qadına verməyin daha doğru olacağını düşündü və qadına yaxınlaşıb ona izah etdikdən sonra çiçəyi verib.Ancaq baş verənlər qarşısında dili tutulduğunu deyən Deni tanımadığı qadının onu qucaqlamasına təəccüblənib.

Tanımadığı o qadının 1 həftə əvvəl nişanlısının öldüyünü və onların 1 ay sonra evlənmə planlarının olduğunu öyrənib.Ölən nişanlısı ilə ilk görüşündə gül əvəzinə günəbaxan verdiyini deyən qadın ölən nişanlısının həyat işığını yenidən hiss etdiyini bildirib.

Sosyal şəbəkə hesabındakı yazıdan bir hissə:

"O an özümü toplamağa çalışdım və 5 dollarlıq bir hədiyənin başqasının həyatında nə qədər dəyərli olacağını təsəvvür edəbilməzdim. Həyat paylaşmaq və insanlara yardım etdikdə dah maraqlı olur.Elə bu gün siz də başqasına kiçik yaxşılıqlar edin. #sunflowerchallenge etiketi ilə paylaşımlarınızı gözləyirəm."

Qeyd edək ki,Deninin bu paylaşımı Feysbukda 180 min nəfər tərəfindən bəyənildi və 78 min dəfə paylaşıldı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »