Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni “Karib dənizinin quldurları” çəkilir: Coni Depp filmdə olmayacaq

Coni Dep “Karib dənizinin quldurları” filminin növbəti bölümündə yer almayacaq.

Bizimyol.info Ölkə.Az-a istinadən xəbər verir ki, bu barədə Disney Studios film şirkəti məlumat yayıb.Bildirilib ki, buna səbəb Coni Depin canlandırdığı Cek Sparrou obrazının filmdən çıxarılmasıdır.

Məlumat üçün bildirək ki, aktyor son 15 ildə 5 dəfə Cek Sparrou xarakterinə həyat verib.

Yeni layihədə başqa obrazların da çıxarılıb-çıxarılmayacağı ilə bağlı hər hansı açıqlama verməyən şirkət ssenaristlər arasında Deadpool filminin ssenaristlərinin olacağını açıqlayıb.

Onu da bildirək ki, “Karib dənizinin quldurları” filmi şirkətə təxminən 4 milyard dollar gəlir gətirib.

Son xəbərlər
Bütün xəbərlər »