Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nurməhəmmədov UFC ilə danışıqlardan imtina etdi

Qarışıq döyüş növləri (MMA) üzrə rusiyalı idmançı Həbib Nurməhəmmədov UFC rəhbərliyi ilə növbəti döyüşünə dair danışıqlar aparmayacaq.

Bizimyol.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Həbib özü bildirib.

“UFC mənim növbəti döyüşümə dair danışıqlar aparır. Amma mən onlara deyirəm: “Yox, bir dayanın. Mənim komandamı cəzalandırmısınız, hələ istəyirsiniz sizinlə danışıq aparım?” Belə şey olmayacaq. Komandamın, qardaşlarımın problemlərini həll etməyənə qədər ümumiyyətlə mənə zəng vurmayın”, - Nurməhəmmədov bildirib.

Son xəbərlər
Bütün xəbərlər »