Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Övladını itirən Əməkdar artist: Efirə çıxmaq niyyətim yoxdur - Video
Övladını itirən Əməkdar artist Zöhrə Abdullayeva aylar sonra müsahibə verib.

Oxu.Az xəbər verir ki, sənətçi “Şou ATV” proqramına danışıb.

O bildirib ki, efirə çıxmaq istəmir:

“Mənimlə eyni dərdi yaşayan analar var. Övladın yaşı olmur. Övlad dərdi elə dərddir ki, bütün dərdləri üstələyir. Allah bizə səbr versin. Hələki mənim səbrim yoxdur. Düşmənimə də belə dərd arzulamıram. Mənim səsim üçün darıxan, könlümü alan tamaşaçılara arzu edirəm ki, heç zaman dərd-bəla görməsinlər, faciə ilə üzləşməsinlər. Nanə, Nüşabə Ələsgərli, Manaf Ağayev gəlmişdi ki, məni efirə çıxartsın. Hələki hazır deyiləm. Efirə çıxmaq niyyətim yoxdur”.

Qeyd edək ki, Abdullayevanın oğlu beyin xərçəngindən rəhmətə gedib.

Son xəbərlər
Bütün xəbərlər »