Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İt və pişiklərlə danışmaq mümkün olacaq
İt və pişiklərlə danışıq cihazı 10 il ərzində istehsal edilə bilər.

"Independent" xəbər verir ki, Şimali Arizona Universitetinin professoru Con Slobodçikof bu cihazın istehsalı üçün pul yığmağa başlayıb. Çəmənlik iti adlı gəmirici üzərində analizlər aparan professor bildirir ki, yırtıcı heyvanlar rəngləri ifadə etmək üçün müxtəlif sözlərdən istifadə edir, ev heyvanları da bu xüsusiyyətə sahib ola bilər.

"Çox insan it və pişikləri ilə söhbət etməyi sevir, hətta sirlərini paylaşırlar. Bilmirəm, pişiklərlə ünsiyyət necə olardı. Ola bilsin, onlar ancaq "Axmaq, yeməyimi ver və məni tək burax" deyəcəklər" deyən Slobodçikovun ideyası Amazon tərəfindən dəstəklənib. Bildirilir ki, belə cihazın reallığa çevrilməsi daha qısa müddətdə mümkün ola bilər və son dövrlərdə it-pişikləri ilə yaşayan, onları özlərinə övlad kimi görən insanların sayının artması ilə əlaqədar bu cihaza ehtiyac yaranır.

Portsmuz Universitetinin psixoloqu Culian Kaminski isə insanlarla heyvanların ünsiyyət metodunun fərqli olduğunu, heyvanların istək və hisslərini primitiv siqnallarla bildirdiyini, buna görə də belə bir cihaz ideyasının uğurlu olması ehtimalının çox aşağı olduğunu deyir.

Son xəbərlər
Bütün xəbərlər »