Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
14 əsrdir bütövlüyünü qoruyan cəsəd görənləri təəccübləndirir - Fotolar

Türkiyədə Qaraman muzeyində nümayiş etdirilən və təxminən 14 əsrdir bütövlüyünü böyük ölçüdə qoruyan gənc qız cəsədi görənlərin diqqətini çəkir.

“Manazan gözəli” adlandırılan cəsədin 14 əsrdir kəllə sümüyündəki parçalanmadan başqa bədən bütövlüyü tamdır.

Bizimyol.info Moderator.az-a istinadən xəbər verir ki, tapıldığı yerdə bakteriyalar yaşamadığı üçün bütövlüyünü qoruyan cəsədin minlərlə il sonra da dəyişməyəcəyi düşünülür. Mumyalanmadan qorunan nadir cəsədlərdən biri olaraq görülən bu cəsədin saç hörüyü, hətta paltarları da üzərindədir.

Qədim yaşayış məskəni olan Manazan mağaralarından gətirildiyi üçün "Manazan gözəli" adlandırılan gənc qız cəsədini görmək üçün hər il təxminən 20 min nəfər muzeyi ziyarət edir.

Qeyd edək ki, Manazan gözəli dünyada mumyalanmadan və heç bir kimyəvi maddə istifadə edilmədən bu qədər uzun müddət qalan bir neçə cəsəddən biridir. Təxminən min 400 illik olduğu təxmin edilən cəsəd 1980-ci illərdə tapılaraq muzeyə gətirilib.

Son xəbərlər
Bütün xəbərlər »