Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yazıçıların uydurduğu məşhur sözlər
Dildəki bir çox sözün əsl kökünü, nə zaman dilə daxil olduğunu bilmək olduqca çətin məsələdir. Lakin bəzi sözlər var ki, həmin sözləri ilk dəfə kimin istifadə etdiyini bilmək mümkündür. Çünki hansısa yazıçı tərəfindən öz əsərində uydurulmuşdur. Daha sonra bu sözlər əsərdə qalmayıb, bütün cəmiyyətə yayılmış, hər kəs tərəfindən istifadə edilmişdir. Sözlər haqqında saysız-hesabsız araşdırmaların müəllifi olan Paul Dickson, “Yazıçıların dilində yazılmış sözlər” alt başlığı ilə “Authorisms” kitabında, ingilis dilinə əsrlər boyu Shakespeare’dən tutmuş, Joseph Heller’ə qədər yazıçıların uydurduğu sözləri tətqiq edir.Əsərlərində 17.245 söz istifadə edən William Shakespeare ingilis dilinə ən çox söz qazandırmış ədiblərdən biridir. Yüzlərlə kəlmə uyduran yazıçının “Bump, hurry, critical və road” kimi uydurduğu sözlər ingilis dilinin ayrılmaz hissəsinə çevrilib.

Paul Dickson The Guardian qəzetində dərc olunan yazısında yazıçıların uydurduğu sözlərdən bəzilərini seçib. Gəlin onları nəzərdən keçirək:

Banana republic

Siyasi olaraq qeyri-sabit, demokratik olmayan, iqtisadiyyatı böyük ölçüdə tək bir aqrar məhsula və ya yeraltı mənbəyə əsaslanan isti iqlim ölkələri banan respublikası (banana republic) adlanır. Bu alçaldıcı termin, ‘’O Henry” təxəllüsüylə yazan William Sidney Porter tərəfindən qısa hekayələrinin toplandığı 1904-cü il tarixli Cabbages and Kings (Kələmlər və Krallar) adlı kitabında istifadə edilmişdir.

Cyberspace

Azərbaycan dilinə siber-aləm olaraq keçən bu sözü ilk dəfə 1982-ci ildə William Gibson bir qısa hekayəsində istifadə edib. Ancaq sözün məşhurlaşması, Gibsonun 1984-ci ildə çap olunan Neuromancer adlı elmi-fantastik romanı ilə baş verib.

Freelance

İki mənası var. Hal-hazırda geniş yayılmış mənasına görə, ştatlı iş müqaviləsi əvəzinə, hər hansı bir iş görərək, pul almaq, uzaqdan işləmək mənasına gəlir. Lakin siyasət və sosial həyatda hər hansı bir əlaqəsi olmayana da freelancer deyilir. Bu söz ilk dəfə Sir Walter Scott tərəfindən yazılan Ivanhoe romanında romanında muzdlu əzgərlər üçün istifadə edilib. Onun qurduğu cümlə belə idi: “I offered Richard the service of my Free Lances, and he refused them – I will lead them to Hull, seize on shipping, and embark for Flanders; thanks to the bustling times, a man of action will always find employment.”

Beatnik

Beat nəslinin adı halına gəlmiş bu söz ilk dəfə San Francisco Chronicle qəzetinin köşə yazarı Herb Caen tərəfindən köşə yazısında istifadə edilib. Caen bu sözü yaratdıqda həmin dövrlərin ən aktual mövzusu olan Sovet İttifaqının kosmosa göndərdiyi Sputnik kosmik gəmisindən ilhamlanmışdı.

Serendipity

Yazıçı və dövlət məmuru Horace Walpole bu sözü 1754-cü ildə Şri Lanka’nın köhnə adı Serendip’ə kinayə olaraq istifadə etdi. Məktub yazmağı çox sevən yazıçı bir dostuna yazdığı məktubda “Serendip’in üç şahzadəsi” adlı nağıl yazdığını qeyd edir. Bu üç şahzadə heç bir məqsədləri olmadan, qəribə şeylər nəticəsində müəyyən şeylər kəşf edirdilər. “Serendipity” sözü də bu gün ingilis dilinə təsadüf nəticəsində dəyərli bir şey kəşf etmək və ya xoşbəxt təsadüflər üçün istifadə edilir.

Catch – 22

İngilis dilində çıxılmaz siyuasiyaları və qaçılmaz vəziyyətləri şərh edən spz. İlk dəfə Joseph Heller’in “Catch-22” adlı məşhur romanından sonra dilə keçdi. Romanın əsl adı “Catch -18” olduğu halda, nəşr edilməmişdən əvvəl – 1961-ci ildə Leon Uris’in “Mila 18” adlı romanı çıxdığı üçün, Heller romanının aıdını Catch-22 olaraq dəyişdirmişdi.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »