Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda sürücüdən sərnişinlərə hörmətsizlik: “Planı doldurmuşam, düşün” - Foto
“2 iyul 2018-ci il tarixində, axşam saat 21:20 radələrində Lökbatan qəsəbəsindən metronun “Elmlər Akademiyası” stansiyası istiqamətində “206” saylı marşrut xətti üzrə hərəkət edən 14- BD-090 dövlət nömrə nişanlı avtobusun sürücüsü Xocasəndə avtobusu saxlayaraq sərnişinlərə “burda düşün, “Elmlər”ə getmirəm” dedi. Bu hal sərnişinlərin narazılığına səbəb olub”.

Bu barədə “Bizim Yol”a sərnişinlərdən biri bildirib.

Onun sözlərinə görə, sürücü sənişinlərin mənzil başına çatdırılması tələbini nəzərə almayıb, onları avtobusdan düşürtüb: “Mən sürücüyə dedim ki, siz “Elmlər”ə kimi getməlisiniz. Əgər “Elmlər”ə getməməyəcəkdinizsə, Lökbatandan niyə çıxırdınız? Sizin ixtiyarınız yoxdur ki, sərnişini mənzil başına çatdırmadan avtobusdan endirəsiniz. Sürücü mənə “mənim planım dolub, sizdən ötrü “Elmlər”ə getməyəcəyəm” dedi. Mən də ondan şikayət edəcəyəmimi dedim.

Avtobusun şəkilini çəkdim”.

Sərnişin deyir ki, Bakı Nəqliyyat Agentliyinin 141 qaynar xəttinə zəng edib şikayətimi bildirmək istəyib: “Nə qədər telefonda gözlədim, cavab verən olmadı. Əvəzində balansda olan konturlarımın hamısı çıxıldı. Yenidən kontur yükləyib zəng etdim, 3-4 dəqiqə yenə telefonda gözlədim cavab verən olmadı. Balansdakı konturlarım bitdiyindən yenə əlaqə kəsildi”

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə informasiya sorğusu göndərilib. Məsələ araşdırılır.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirib ki, bu halda sərnişinlərin hüququ pozulub və sürücü cəzalandırılmalıdır: “Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etmək lazımdır və qurum dərhal araşdırmaya başlamalıdır. Araşdırma təsdiqini taparsa, sürücü müvafiq qaydada cəzalandırılmalıdır. Daşıyıcı şirkət sürücülərini təlimatlandırmalıdır. Fors major vəziyyətdirsə, bu halı nəzərə almaq lazımdır. Amma sürücünün “mən planı doldurmuşam, düşün” deməsi halında isə o, mütləq cəzalandırılmalıdır”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »