Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölümcül bakteriyalar həyatını cəhənnəmə çevirdi – Dəhşətli fotolar

Amerikalı Aleks Luis ət yeyən bakteriyalar ucbatından qollarını, ayaqlarını və dodaqlarını itirib.

O, bu zamana qədər xoşbəxt həyat tərzi sürürdü.

Olduqca çətinliklərə qatlanan Luisin itirdiyi bədən üzvlərini protezlər əvəz etdi. Lakin dodaqları üçün bir çarə tapılmırdı. Onun üzündəki problemi aradan qaldıracaq vasitə məlum deyildi.

Aleksin istəyinin gerçəkləşməsi üçün ilkə imza atıldı. O, dodaqlarının bərpa edilməsi üçün əməliyyata daxil oldu. Luisin çiyninin dərisindən istifadə edilərək ona alt və üst dodaqlar köçürüldü.

Həyat yoldaşı Lusi Tounsend heç zaman onu yalnız buraxmadı və həmişə yanında oldu.

Əməliyyatdan sonra isə Aleksin görünüşünün təbii olması üçün dodaqlarına qalıcı makiyaj edildi.

Luis bundan sonra həyatının müsbət mənada dəyişdiyini və kiçik oğluyla münasibətlətinin yeni dönəminə qədəm qoyduğunu deyir.

Aleks hazırda müxtəlif maraqlı idman növləriylə və hər gününə rəng qatacaq işlərlə məşğul olmaqla yaşamaq uğrunda mübarizə aparır.

İnsanlar ölümcül bakteriyaların qurbanı olan Luisə onun adına açılmış bank hesabı vasitəsilə maddi yardım göstərirlər. (Minval)

Son xəbərlər
Bütün xəbərlər »