Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin favorit futbolçularını açıqladı

Rusiya prezidenti Vladimir Putin Lev Yaşin, Pele və Maradonanın onun ən sevimli futbolçuları olduqlarını açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu haqda “Lenta.ru” məlumat yayıb.

Putin Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı haqqında da fikirlər səsləndirib. Onun fikrinə görə, Argentina, Braziliya, Almaniya və İspaniya yığmaları turnirin əsas favoritləridir.

“Orada iddialı çox komanda var. Argentina və Braziliya kimi Latın Amerikası komandaları var. Bundan başqa Almaniya yığmasının öncəki dünya çempionatlarında möhtəşəm oyun sərgilədiyini bilirik.

Çox keyfiyyətli oyun üslubları var. İspaniya yığması da gözəl oyun nümayiş etdirir”, -deyə Putin bildirib.

Qeyd edək ki, DÇ-2018 iyunun 14-dən iyulun 15-ə kimi Rusiyanın 11 şəhərində keçiriləcək.

Son xəbərlər
Bütün xəbərlər »