Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Akif Çovdarov vaxt istədi

Bakı Apelyasiya Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Bizimyol.info xəbər verir ki, hakimi Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə "Vasmoy" bazarı epizodu üzrə zərərçəkmiş Səfərov qardaşları çıxış edib. Onlar bazarın generallar Akif Çovdarov və Hilal Əsədov tərəfindən zorla əlindən alındığını və geri qaytarılmasını tələb ediblər.

Prosesdə çıxış edən vəkillər müdafiə edikləri şəxslərə bəraət hökmünün çıxarılmasını istəyiblər.

Təqsirləndirilən Akif Əliyev, Orxan Osmanov və Səlim Məmmədov da çıxış edərək, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Akif Çovdarov səhhətində problem olduğunu deyəeək, çıxış üçün məhkəmədən vaxt istəyib.

Prosesdə Akif Çovdarovun vəkilləri tərəfindın xəttşünaslıq, məhkəmə mühasibatlıq və Akif Çovdarovun səhhəti ilə bağlı tibbi ekspertizanın keçirilməsini vəsatət qaldırılıb.

Digər vəsatət təqsirləndirilən şəxslərin ailə üzvlərinə aid əmlaklarının geri qaytarılması ilə bağlı olub.

Hakimlər kollegiyası isə vəsatətlərlə müzakirəsi ilə bağlı müşavirəyə gedib.

Proses mayın 23-də davam edəcək.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il azadlıqdan məhrum ediliblər. Həmçinin onların rütbəsinin alınması barədə xüsusi qərardad çıxarılıb.

Bundan başqa, Akif Çovdarov və digərlərinə məxsus, üzərinə həbs qoyulmuş əmlakların müsadirə olunması barədə qərar qəbul edilib. Dövlət Təhlükəsizlik Xidmətinin 3 milyon manatlıq mülki iddiası, eləcə də cinayət işi üzrə tanınmış 60 nəfər zərərçəkmişin mülki iddiası təmin olunub.

Məhkəmənin daha bir qərarı ilə “8-ci kilometr bazarı” kimi tanınan ticarət müəssisəsi dövlət nəfinə müsadirə olunacaq.

Akif Çovdarovun ailə üzvlərinin qaldığı evlər və onların adlarına olan mülklər müsadirə olunmayıb, həmin mülklərin üzərinə qoyulan həbs götürülüb.

Səlim Məmmədovun da ailə üzlərinin yaşadıqları evlərin üzərindən həbs götürülüb, təqaüd kartına qoyulmuş həbs qərarı ləğv edilib.

İş üzrə 16 nəfər mənəvi zərərçəkmişin, eləcə də cinayət işində zərərçəkmiş qismində tanınan “Metropolitenin”nin sabiq rəsi və Yeni Azərbaycan Partiyasının Yasamal rayon şöbəsinin rəisi Tağı Əhmədovun 3 milyon manatlıq mülki iddiası da təmin edilməyib.

Cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox zərərçəkmiş var.

Akif Çovdarov və digərləri Qanunsuz azadlıqdan məhrumetmə, Mənimsəmə və israfemə, hədə-qorxu ilə rüşvət alma və s. cinayətlərdə təqsirli biliniblər.

Bakı Hərbi Məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayətində onların barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »