Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən titullu futbolçusu DÇ-2018-də oynamayacaq

Futbol üzrə Braziliya yığmasının müdafiəçisi Dani Alves iyunda Rusiyada start götürən dünya çempionatında iştirak edə bilməyəcək.

APA-nın xəbərinə görə, bu barədə Braziliya yığmasının mətbuat xidmətindən bildirilib.

“Tibbi müayinə Dani Alvesin dünya çempionatında iştirak edə bilməyəcəyini təsdiqləyib” - məlumatda deyilir.

“PSJ” klubunun şərəfini qoruyan 35 yaşlı futbolçu Fransa Kubokunun final matçında zədələnib. Bu il D.Alves dünyanın ən titullu futbolçusu adına yiyələnib. "PSJ"-nin apreldə Fransa Liqa Kubokunu qazanması ilə Dani Alves karyerasında 36-cı titulunu qazanıb.

Qeyd edək ki, dünya çempionatının qrup mərhələsində Braziliya yığması İsveçrə, Kosta-Rika və Serbiya ilə görüşəcək.

Son xəbərlər
Bütün xəbərlər »