Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib
Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib

Sabiq baş pediatr Nəsib Quliyevin intihar etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Bizimyol.info xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Qeyd edək ki, Nəsib Quliyev 1994-cü ildən çalışdığı Səhiyyə Nazirliyi K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor vəzifəsindən 2021-ci ildə azad olunmuşdu.

Son xəbərlər
Bütün xəbərlər »