Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BƏƏ-də 75 ilin ən yüksək miqdarlı yağıntısı qeydə alınıb
BƏƏ-də 75 ilin ən yüksək miqdarlı yağıntısı qeydə alınıb

Son 75 ilin ən yüksək yağıntı miqdarının Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qeydə alındığı açıqlanıb.

Bizimyol.info xəbər verir ki, BƏƏ xəbər agentliyi "WAM"ın məlumatına görə, Milli Meteorologiya Mərkəzi ölkənin müxtəlif bölgələrində davam edən leysan yağışları ilə əlaqədar uçuşların təxirə salınmasına, distant təhsilə və iş metoduna keçidə səbəb olub.

Məlumatda: “Müxtəlif bölgələrdə son 24 saat ərzində müasir tarixdə ən yüksək yağıntı qeydə alınıb. Ən yüksək hədd 1949-cu ildən, iqlim məlumatlarının toplanmağa başladığı vaxtdan bəri qeydə alınıb”, - deyə qeyd edilib.

Bildirilir ki, ən çox yağıntının miqdarı Əl Ayn şəhərinin Hatm əl-Şiklə bölgəsində qeydə alınıb və 24 saatdan az müddətdə 254,8 millimetrə çatıb. Qeyd edilir ki, dünən axşama kimi ölkə tarixində “qeyri-adi hadisə” kimi qeydə alınan yağıntının miqdarının artacağı gözlənilir.

BƏƏ İslam Məsələləri İdarəsi leysandan zərər çəkmiş ərazilərdə evdə namaz qılmağa çağırıb. "Etihad Airways"dən verilən açıqlamada paytaxt Abu Dabidə pis hava şəraiti səbəbindən uçuşların təxirə salınmasının gözlənildiyi açıqlanıb.

BƏƏ Milli Fövqəladə Hallar, Böhran və Fəlakətlərin İdarə Edilməsi Komitəsi yağışdan zərər çəkən ərazilərdə "zərurət olmadıqca evdən çıxmamağa" çağırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »