Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir imtahanı "sınaq"dan keçirmək... DİM-in imtahan prosesi təhlükəsiz və qaydalara uyğun keçirildi
Bir imtahanı "sınaq"dan keçirmək... DİM-in imtahan prosesi təhlükəsiz və qaydalara uyğun keçirildi

Aprelin 14-də Dövlət İmtahan Mərkəzinin imtahanında iştirak etdim. Məqsədim eyni zamanda imtahan prosesinin və yoxlamaların necə həyata keçirilməsi idi. Beləcə hazırlanıb, imtahan verəcəyim məkana - 47 saylı məktəbə yollandım. Bəzən sosial şəbəkələrdə müxtəlif qərəzli müzakirələrə rast gəlirəm. Amma mən onlardan fərqli olaraq, həmişəki kimi gördüyümü olduğu kimi sizinlə bölüşürəm...

Öncə qapıda iki polis üzərimdə telefon olub-olmadığını soruşdu. Təbii ki, yanımda telefon götürməmişdim. Daha sonra qapıda iki nəzarətçi imtahan vərəqimdə olan QR kodu sorğuladı və şəxsiyyət vəsiqəmlə uyğunluğunu yoxladı. Bundan sonra növbəti prosedur üzərimin yoxlanılması idi. Pərdə arxasında iki xanım imtahana gələnləri növbə ilə yoxlayırdı. Bundan sonra imtahan otağını müəyyənləşdirmək üçün kənarda dayanmış nəzarətçiyə yaxınlaşdım və imtahan verəcəyimiz otağı soruşdum.

Düzü, eyni otaqda imtahan üçün gəlmişlərin 99 faizi ötən illərin məzunları idi. Hamımızın yaşı demək olar ki, 30-dan yuxarı idi.

İmtahan nəzarətçisi imtahan qaydaları haqqında danışdıqdan sonra, imtahan rəhbəri öncə cavab vərəqələrini, bir qədər sonra  sualları və xüsusi cihazı gətirdi. Hamısı gözümüzün qarşısında açıldı. Xüsusi qeyd edim ki, imtahan verdiyimiz sinif də kamera nəzarətində idi.

Beləcə imtahan başladı. Yəni imtahan prosesində müəllimlərin yardımı və ya hansısa bir özbaşınalıq müşahidə etmədim. Hətta imtahan verdiyimiz məktəbin qarşısında olan yanğından mühafizə maşını və təcili yardımın olması da xüsusi rahatlıq verirdi. Arxayın olursan ki, təhülkəsiz vəziyyətdəsən. Əmin olursan ki, hansısa sağlamlıq problemi yaşadığın an aşağıda təcili yardım var. Bilirsən ki, yanğın olsa dərhal qarşısı alınacaq. Əminsən ki, qapıda olan polislər hərhansı istənilən hadisədən səni qoruyacaq.

Qısacası, olduğum məktəbdə mühafizə və digər qaydaların icrası yetərli səviyyədə idi. Yəni DİM-in imtahanlarına barmaqarası baxmaq və əsassız şəkildə tənqid etmək sadəcə qərəzli insanların işi ola bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »