Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Maşın bazarı”da yanğın olub
“Maşın bazarı”da yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bizimyol.info xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidməti məlumat verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Son xəbərlər
Bütün xəbərlər »