Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya Ukraynada hərbi avadanlıqlarına xidmət və təmir üçün zavodlar açacaq
Britaniya Ukraynada hərbi avadanlıqlarına xidmət və təmir üçün zavodlar açacaq

Böyük Britaniya və Ukrayna müdafiə sənayesi sahəsində yeni əməkdaşlıq sazişi imzalayıb.

Bizimyol.info xəbər verir ki, Krallığın Biznes və Ticarət Nazirliyinin bəyanatında deyildiyi kimi, saziş Britaniya şirkətlərinə Ukrayna ərazisində təmir zavodları açmağa imkan verəcək.

“Əməkdaşlığın gücləndirilməsi nəticəsində Böyük Britaniyanın ən böyük müdafiə şirkətləri, Ukrayna Silahlı Qüvvələri və Ukrayna şirkətləri - strateji hərbi təmir obyektlərinin yaradılmasından mülki infrastrukturun bərpasına və kiberhücumlardan qorunmaq üçün texnologiyaların tətbiqinə qədər onlarla layihə həyata keçirə bilər”, - deyə bildirilib.

Qeyd olunur ki, Böyük Britaniyanın BAE Systems müdafiə şirkəti Kiyevə Ukrayna ərazisində təhvil verilmiş "L119" yedəkli silahlara texniki qulluq və təmir üçün Böyük Britaniyanın Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »