Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ televiziya şirkətləri Bayden və Trampı televiziya debatlarında iştirak etməyə çağıracaqlar
ABŞ televiziya şirkətləri Bayden və Trampı televiziya debatlarında iştirak etməyə çağıracaqlar

ABC, CBS, CNN, NBC və Fox News daxil olmaqla, Amerikanın böyük televiziya şirkətləri və kanalları ABŞ prezidenti Co Bayden və Ağ Evin keçmiş sahibi Donald Trampı prezident seçkiləri öncəsi teledebatlarda iştirak etməyə çağırmaq niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə məktubun nüsxəsini əldə edən "The New York Times" qəzeti yazıb.

“Biz, aşağıda imzası olan milli xəbər təşkilatları, ehtimal olunan prezidentliyə namizədləri noyabr seçkiləri öncəsi seçki debatlarında iştirak etməyə açıq şəkildə öhdəlik götürməyə çağırırıq”, - deyə mesajda bildirilir.

Nəşr qeyd edir ki, məktubun mətni yekun deyil, çünki televiziya şirkətləri ABŞ-ın digər aparıcı xəbər təşkilatlarının dəstəyini almaq istəyirlər.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. Beləliklə, dörd il əvvəl Bayden ən yüksək dövlət vəzifəsinə yenidən seçilmək istəyən Trumpı məğlub etdiyi zaman oduğu kimi, mübarizənin eyni namizədlər arasında aparılacağı proqnozlaşdırıla bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »