Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinken: "İsrailin Rəfah əməliyyatı ilə bağlı bizə heç bir tarix verməyib"
Blinken: "İsrailin Rəfah əməliyyatı ilə bağlı bizə heç bir tarix verməyib"

ABŞ dövlət katibi Antoni Blinken İsrailin onlara “Rəfəha qarşı hərbi əməliyyat” üçün heç bir tarix vermədiyini və bölgəyə hazırkı formada qurudan hücuma qarşı olduqlarını bildirib.

Bizimyol.info xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda britaniyalı həmkarı Devid Kemeronla görüşündən sonra kameralar qarşısına keçərək Qəzzada son vəziyyəti dəyərləndirib.

Mülki əhalinin müdafiəsi ilə bağlı məqbul bir plan olmadan İsrailin Rəfah şəhərini işğal etməsinə qarşı olduqlarını xatırladan Blinken bu mövzuda israilli həmkarları ilə müzakirələrinin davam etdiyini qeyd edib.

İsrailin baş naziri Benyamin Netanyahunun “Rəfaha qarşı quru əməliyyatının tarixini təyin etdilər” ifadəsinə toxunan Blinken: “Rəfah əməliyyatı ilə bağlı bizdə heç bir tarix yoxdur, ən azından israillilərin bizə çatdırdığı tarix yoxdur", - deyib.

İsrailin bölgədəki mülki insanları qorumaq öhdəliyi olduğunu hər fürsətdə dilə gətirdiklərini ifadə edən Blinken, İsrail heyəti ilə Rəfah danışıqları aparmadan şəhərə hücumun başlanacağını gözləmədiklərini bildirib.

Blinken İsrail nümayəndə heyətinin gələn həftə Vaşinqtona gələ biləcəyini və müvafiq danışıqların davam edəcəyinə ümid etdiyini bildirib. İsrailin Qəzzaya daxil olan humanitar yardım maşınlarının sayının artırılmasına icazə verdiyini və bundan məmnun olduqlarını bildirən ABŞ naziri yardımların artırılmasına davam etdiklərini bildirib. İsrail və HƏMAS arasında ən qısa zamanda atəşkəs, girovların azad edilməsi və humanitar yardımların intensiv şəkildə artırılmasını istədiklərini qeyd edən Blinken, bunun onlar üçün hazırda ən mühüm prioritet olduğunu vurğulayıb.

Həm Blinken, həm də Kemeron ABŞ Nümayəndələr Palatasına müraciət edərək, Ukraynaya gözlənilən dəstək paketinin mümkün qədər tez qəbul edilməsini istəyiblər. Blinken qeyd edib ki, Ukraynaya hərbi dəstək təkcə bu ölkə ilə bağlı deyil, daha çox dünyada sülh üçündür və ABŞ Konqresi bu yardıma mane olmamalıdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »