Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trumpın toxunulmazlıqla bağlı "susmaq pulu" işinin təxirə salınması tələbi rədd edilib
Trumpın toxunulmazlıqla bağlı "susmaq pulu" işinin təxirə salınması tələbi rədd edilib

ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2016-cı il prezident seçkiləri zamanı böyüklər üçün filmlərdə rol almış qadına qeyri-qanuni olaraq “susmaq haqqı” ödəmək ittihamı ilə açılan işdə toxunulmazlıqla bağlı təxirə salınması tələbi qəbul edilməyib.

Bizimyol.info xəbər verir ki, Nyu Yorkda Trampın işinə sədrlik edən hakim Juan M.Merçan, keçmiş prezidentin cinayət təqibindən immuniteti olduğu səbəbiylə təxirə salınma tələbini rədd edərək, aprelin 15-də Manhettendə başlaması planlaşdırılan dinləmələrin təxirə salınmayacağını bildirib.

Trampın təxirə salınma ilə bağlı son çarə təklifini “vaxtsız” hesab edərək qəbul etməyən Merçan keçmiş Amerika prezidentinin ilk məhkəmə prosesinin qarşısındakı son maneələrdən birini aradan qaldırıb.

Merçanın qərarı, Vaşinqtonda seçki müdaxiləsi səbəbiylə ABŞ Ali Məhkəməsinin hələ də onun toxunulmazlıq tələbi ilə bağlı qərar verməməsinə baxmayaraq, Trampın sözügedən işdə jüri qarşısına çıxmasına yol açıb. Tramp hakimdən ona qarşı başqa bir cinayət işi çərçivəsində prezidentliyi dövründə rəsmi hərəkətləri ilə bağlı ittihamlara görə təqib olunmaqdan immunitetinin olub-olmamasına Ali Məhkəmə qərar verənə qədər iclası təxirə salmağı xahiş etmişdi.

ABŞ-ın keçmiş prezidenti Tramp, 2016-cı il prezident seçkiləri zamanı böyüklər üçün filmlərdə çəkilən aktrisa Stormi Danielsə qanunsuz “susmaq haqqı” ödəməsi ilə bağlı istintaq çərçivəsində Manhetten Dairə Prokurorluğu tərəfindən 18 mart 2023-cü ildə böyük münsiflər heyəti tərəfindən ittiham edilib.

Tramp 2023-cü il aprelin 4-də "susmaq pulu" və əlaqəli sənədlərdə fırıldaqçılıq ittihamı ilə Nyu-Yorkda hakim qarşısına çıxıb.

Ona qarşı irəli sürülən 34 ayrı ittihamı rədd edən Tramp ona qarşı irəli sürülən ittihamları “siyasi cadugər ovu” kimi qiymətləndirib və ittihamları “seçkilərə müdaxilə” kimi qiymətləndirdiyini bildirib. Tramp “Amerika tarixində ona qarşı irəli sürülən ittihamlarla hakim qarşısına çıxan ilk keçmiş prezident” kimi qeydə alınıb.

2023-cü il oktyabrın 4-də məhkəməyə verdiyi ərizədə Trampın vəkili Todd Blanş “siyasi motivli ittihamların qarışıq paketi” hesab etdiyi cinayət işinə xitam verilməsini istəyib. Sabiq prezidentin vəkilləri “100 min səhifədən çox” sənədlərin prokurorlar tərəfindən məhkəməyə təqdim edildiyini əsas gətirərək iclasın 90 gün təxirə salınmasını istəyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »