Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müğənnini öldürən həyat yoldaşına hökm oxundu: 17 il cəza verildi
Müğənnini öldürən həyat yoldaşına hökm oxundu: 17 il cəza verildi

Müğənni Yaqut Həşimovanı qətlə yetirməkdə ittiham olunan həyat yoldaşı Anar Həşimovun məhkəməsi yekunlaşıb.

Bizimyol.info xəbər verir ki, aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Anar Həşimova hökm oxunub. Hakim Azad Məcidovun sədrliyilə çıxarılan hökmə əsasən, o, 17 il azadlıqdan məhrum edilib. Anar Həşimov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə təqsirli bilinib.

Prokuror Anar Həşimova 19 il cəza verilməsini istəyib.

Bu iş üzrə məhkəmə prosesi qapalı keçirilib. Məhkəmə cinayət işində ailə sirri sayılan məsələlər olduğunu əsas gətirərək, bu barədə qərar qəbul edib.

Anar Həşimov istintaqa ifadəsində həyat yoldaşını xəyanətə görə öldürdüyünü bildirib.

Zərərçəkmişin hüquqi varisi qismində tanınan Şəlalə İsgəndərova mərhum bacısının ünvanına deyilənləri rədd edib. O, məhkəmədə də Anar Həşimova ağır cəza verilməsini istəyib.

Anar Həşimovun vəkili isə müvəkkilinə xüsusi amansızlıqla adam öldürmə ittihamının verilməsilə razılaşmır. O, hesab edir ki, Anar Həşimovun əməli Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsinə tövsif olunmalıydı.

Qətl hadisəsi ötən il oktyabrın 16-da Nizami rayonu, Şərifli küçəsində Həşimovlar ailəsinin yaşadığı evdə baş verib. Müğənni bıçaqla qətlə yetirilib.

Yaqut Nəriman kimi tanınan mərhum müğənni ilə həyat yoldaşı xalaoğlu-xalaqızı olub. Onların birgə nikahdan bir oğlu var.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »