Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu, beynəlxalq diplomatiya deyil, romantik bir görüşdür” - “Guardian”
“Bu, beynəlxalq diplomatiya deyil, romantik bir görüşdür” - “Guardian”

Fransa prezidenti Emmanuel Makron və Braziliya prezidenti Lula da Silvanın romantik pozaları sosial medianı silkələyib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, istifadəçilər iki liderin şəkillərini “toy albomu” ilə müqayisə edərkən, Makron da şərhlərə qoşularaq “Fransa Braziliyanı, Braziliya isə Fransanı sevir” deyib.

Fransa prezidenti Emmanuel Makron rəsmi səfəri çərçivəsində Braziliyada prezident Lula da Silva ilə görüşüb.

Mətbuata təqdim edilən fotolarda iki liderin davamlı olaraq əl-ələ tutduqları, günəş altında qayıqda gülümsəyərək pozalar verdiyi və tez-tez qucaqlaşdıqları görülüb.

İki liderin intim pozaları sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb və şərh fırtınasına səbəb olub. İstifadəçilər iki liderin pozalarını toy fotoları və romantik komediya səhnələri ilə müqayisə ediblər. Şərhçilərdən biri yazıb: “Onlar Amazonda evlənəcək və bal ayı üçün Parisə gedəcəklər”. Başqa bir istifadəçi isə bu görüntülərdən toy albomu üçün yaxşı fotoşəkillər hazırlana biləcəyini söyləyib.

Britaniyanın “Guardian” qəzeti də Makronun Braziliya səfərini yumoristik şəkildə şərh edib: “Rəsmi fotoşəkillərə əsasən, Emmanuel Makronun Braziliyaya üç günlük səfəri beynəlxalq diplomatiyadan daha çox romantik bir qaçış idi”.

Sosial mediada "toy albomu" şərhlərinə səssiz qala bilməyən Fransa lideri "La La Land" filminin afişasını paylaşaraq: “Bəziləri bizim obrazlarımızı evliliklə müqayisə etdilər. Mən də onlara dedim ki, bəli, toydur. Fransa Braziliyanı, Braziliya isə Fransanı sevir”, - deyə şərh edib.

Makron öz postunda Lulanı işarələyib və braziliyalı həmkarına təşəkkür edib. Makronun prezident kimi ilk səfəri münasibətlərin dibə vurmasından sonra Fransa-Braziliya tərəfdaşlığının canlanması üçün kritik əhəmiyyət kəsb edir.

İki ölkə Amazon tropik meşələrini qorumaq üçün 1 milyard avroluq investisiya proqramını elan edərkən, Makron ikitərəfli görüşdən sonra ortaq mətbuat konfransında: “Bu gün biz münasibətlərimizdə yeni səhifə açırıq”, - deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »